Alman həkimlər maskaların olmaması səbəbindən etiraz keçirdi – ÇILPAQ FOTOLARbackend

Alman həkimlər maskaların olmaması səbəbindən etiraz keçirdi – ÇILPAQ FOTOLAR

Almaniyada həkimlər cinsindən və yaşından asılı olmayaraq maskaların olmamasına etiraz ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə həkimlər tərəfindən şəbəkədəki xüsusi bir səhifədə məlumat verilib.

Şəkillərdə hər yaşda olan ailə həkimləri tibbi cihaz və ya digər əşyaların köməyi ilə intim yerlərini örtərək poz veriblər.

Mütəxəssislər tibb sahəsindəki problemlərə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Xüsusilə, qoruyucu maskalar yoxdur.

Onlar müasir şəraitdə həkimlərdə maskanın olmamasını paltarın olmaması ilə eyni hesab edirlər.

Alman həmkarlarına fransız həkim Alain Colombi də dəstək verib . O da etiraz əlaməti olaraq çılpaq şəkil çəkdirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*