Alman həkimlər: “Navalnı yataqdan qalxır”backend

Alman həkimlər: “Navalnı yataqdan qalxır”

Rus bloger Aleksey Navalnının sağlamlıq vəziyyəti yaxşılaşır, yataqdan qalxır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi Berlindəki Charite klinikasının mətbuat xidmətinə istinadən yayıb.

“22 avqust 2020-ci ildən bəri Charite klinikasında müalicə alan Aleksey Navalnının sağlamlıq vəziyyəti yaxşılaşıb. Xəstəni tamamilə süni nəfəs aparatından ayırmaq olar. Daha hərəkətlidir və yatağı müvəqqəti tərk edə bilər” deyilib.

Navalnı təyyarədə xəstələnəndən sonra 20 avqustda Omsk xəstəxanasına qaldırılıb. Müayinələrin nəticələrinə əsasən Omsk həkimləri əsas diaqnoz kimi qanda şəkərin kəskin azalmasını deyiblər. Bunun səbəbi hələlik bəlli deyil, ancaq Omsk həkimlərinə görə Navalnının qanında və sidiyində zəhər tapılmayıb.

Daha sonra bloger təyyarə ilə Almaniyaya aparılıb. Bundan sonra, Almaniya hökuməti hərbi həkimlərə istinad edərək, Navalnının Noviçok qrupuna daxil olan zəhərli iflic maddəsindən zəhərləndiyini iddia edib.

Almaniya Federativ Respublikasının Nazirlər Kabineti Alman mütəxəssislərinin nəticələrinin İsveç və Fransanın laboratoriyaları tərəfindən təsdiqləndiyini söyləyib. Bu baxımdan Kreml Berlinə nəticələri Moskvaya göndərməyi tövsiyə edib.

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov qeyd edib ki, Navalnı ilə bağlı istintaq hərəkətləri davam edir, zəhərli maddənin olması təsdiqlənərsə, istintaq başlayacaq.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*