Alman klinikasında Navalnını qoruyan polislərin sayı artırıldı – Hücum təhlükəsi varbackend

Alman klinikasında Navalnını qoruyan polislərin sayı artırıldı - Hücum təhlükəsi var

Berlin polisi Rus müxalifət lideri Aleksey Navalnıya qarşı təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib.

KONKRET.az xəbər verir ki, məlumatı Spiegel nəşri yayıb.

Mənbə deyir ki, Charite klinikasında Navalnını qoruyan polis məmurlarının sayı artıb.

Bu tədbirlər onun sağlamlığı stabilləşəndən sonra həyata keçirilib. Bazar ertəsi günü klinikada Navalnının süni komadan çıxarıldığı bildirilib. İndi həkimlər vurğulayır ki, pasiyent o zamandan bəri xeyli yaxşılaşıb.

Alman polisi Navalnıya qarşı edilə biləcək sui-qəsd cəhdlərinin qarşısını almaq istəyir. Navalnının vəziyyəti yaxşılaşmağa davam edərsə, daha çox ziyarətçi qəbul edəcəyi gözlənilir. Bellingcat və Spiegel-ə görə, Navalnı yenidən danışacaq  və yəqin ki, təyyarədə başına gələnlərin təfərrüatlarını xatırlayacaq.

Bu arada, RİA Novosti xəbər verir ki, Berlin polisi Navalnıya qarşı təhlükəsizlik tədbirlərinin artırılması barədə medianın haradan informasiya aldığını bilmir.

Aleksey Navalnı 20 avqust səhəri Tomskdan Moskvaya uçan təyyarədə xəstələnib.

Təyyarədə tərləyib, tualetə gedəndə huşunu itirib.

Omska təcili enişdən sonra siyasətçi xəstəxanaya yerləşdirilib. Xəstəxanada komada olub və tənəffüs aparatına qoşulub. Navalnı həkimlərin zəhərlənmə əlamətləri tapmadığı 1 saylı Omsk təcili xəstəxanasından Berlin klinikasına aparılıb. Alman klinikaları müxalifətçinin zəhərləndiyini təsdiqləyib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*