“Alman maşını” Azərbaycana qarşı: Rusiyalı oliqarxlar “iş başında”backend

“Alman maşını” Azərbaycana qarşı: Rusiyalı oliqarxlar “iş başında”

“Almaniyada Rusiyaya məxsus cəsus şəbəkəsinin sərbəst fəaliyyəi ilə bağlı müxtəlif tədqiqatlar var. Son dövrlərəd Almaniyaya çox güclü Rusiya təsiri və bu ölkənin iqtisadiyyatına Kreml yatırımları müşahidə olunur. Eyni zamanda Almaniyadakı müxtəlif müəssisələrin satın alınmasında Rusiyalı iş adamları və oliqarxlar iştirak edirlər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib. O bildirib ki, bu münasibətlər əsasən Şərqi Almaniyada olan Ştazi təşkilatının xüsusi xidmət orqanlarının nümayəndələrinin Almaniyada müəyyən postlara yiyələnməsi ilə əlaqədardır. Rusiya həmin şəxslərlə əlaqəyə keçir və himayəçilik missiyalarında iştirak edir. Buna görə də, 44 günlük Vətən müharibəsindən sonra, Almaniyada Azərbaycana qarşı müxtəlif qərəzli məlumatlar paylaşılır və qarayaxma kampaniyası həyata keçirilir. Bu həm Bundestaqda olan radikal sağ meyilli qüvvələr, həm də Gürcüstanda yerləşən Almaniya fondları tərəfindən edilir”.

Analyst: Ties with Armenia won't bring economic benefits to Serbia

Politoloqun sözlərinə görə, bu məsələlərdə Rusiya ilə Almaniyanı birləşdirən “Şimal Axını -2” layihəsinin də təsiri var: “Baltik dənizinin dibi iləkeçərək  Rusiyadan Almaniyaya çatacaq qaz boru kəmərinin (illik ötürücülük qabiliyyəti 55 milyard kub metrdir) istismara verilməsində  hazırda böyük problemlər mövcuddur. Bu məsələ də. Almaniya və Rusiyanı birləşdirir. “Alman maşını”nın Azərbaycana qarşı çirkin kampaniyasına rəvac verir. Çünki bu iki dövlətin yaxınlaşmasının Cənubi Qafqaza təsiri mövcuddur. Bu istiqamətdə müəyyən ideologiyalar formalaşır. Bu, əsasən antitürk və antiİslam ideologiyasıdır. Onun mənfi təsirləri cəmiyyətdən də yan keçmir və beləliklə də, müxtəlif dairələrdə ictimai rəyə təsir edən qüvvələr formalaşır. Nəticədə müxtəlif debatlar, müzakirələr, media müstəvisində ölkəmizə qarşı qərəzli informasiyalar paylaşılır”.

Müşviq Tofiqoğlu

KONKRET.az   

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*