Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfəri çərçivəsində Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrinə baş çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilib ki, o, Naxçıvan MR-in Sədərək rayonu ilə həmsərhəd olan Yerasxa (Arazdəyən) səfər edib. Bununla yanaşı, Berbok Artaşatda da olub.
Qeyd edək ki, nazirin Ermənistandan sonra Azərbaycana da səfəri nəzərdə tutulub.Modern.az