Alman virusoloq koronavirusla mübarizə strategiyasını dəyişdirməyi təklif etdibackend

Alman virusoloq koronavirusla mübarizə strategiyasını dəyişdirməyi təklif etdi

Alman virusoloq Hendrik Streck koronavirusla mübarizə strategiyasında dəyişikliyə ehtiyac olduğunu deyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Deutsche Welle” nəşri yayıb.

Streck Bonn Universitetinin Tibb Fakültəsinin Virusoloji və HİV Tədqiqatları İnstitutuna rəhbərlik edir.

“Vəziyyəti qiymətləndirərkən yalnız yoluxmuş insanların sayına etibar edə bilmərik” deyib.

Avropada, xüsusən Almaniyada son zamanlarda xəstəlik sayının yenidən artdığını, eyni zamanda ölüm sayının əhəmiyyətli dərəcədə çoxalmadığını söyləyib.

“Sosial baxımdan simptomsuz yoluxma pis şey deyil, çünki xəstəlikdən əziyyət çəkən insanlarda ən azı bir müddət immunitet yaranır və bu, pandemiyanın inkişafına mane olur”. Hendrik Streck vurğulayıb.

Streck ayrıca heç kimin – nə siyasətçilər, nə virusoloqlar, nə də epidemioloqların – mövcud pandemiya ilə mübarizə üçün düzgün yolu tam bilmədiklərini qeyd edib.

“Yalnız cəhdlər edə bilərik və səhv etmək hüququmuz olmalıdır” deyib ekspert.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*