Almaniya – Danimarka oyunu yarımçıq dayandırıldıbackend

Almaniya - Danimarka oyunu yarımçıq dayandırıldı

AVRO-2024-ün 1/8 final həyəcanı Almaniya – Danimarka matçı ilə davam edəcək.

KONKRET.az xəbər verir ki, Almaniya – Danimarka qarşılaşması saat 23:00-da “Siqnal İduna Park” stadionunda keçiriləcək.

Matçı ingiltərəli referi Maykl Oliver idarə edəcək.

Danimarka qrup mərhələsindəki çıxışı ilə diqqət çəkdiyi halda, keçirdiyi hər üç matç heç-heçə ilə başa çatıb. Qrup mərhələsində 8 qol vuran və öz qapısından cəmi 2 top keçirən ev sahibi Almaniya turnirin favoritlərindəndir. Almaniya Danimarka maneəsini dəf edərək 1/4 finala yüksəlmək istəyir.

Qeyd edək ki, Almaniya – Danimarka görüşünün qalibi İspaniya – Gürcüstan matçının qalibi ilə qarşılaşacaq.

AVRO-2024

1/8 final

29 iyun

23:00. Almaniya – Danimarka 0:0 (Birinci hissə)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, “Siqnal İduna Park” stadionu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*