Almaniya Gürcüstana 200 milyon avroluq dəstək proqramlarını dayandırıb.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok bildirib. Nazirin sözlərinə görə Almaniya Aİ-dəki tərəfdaşları ilə vizasız rejimin ləğvindən tutmuş məqsədyönlü sanksiyaların tətbiqinə qədər digər məsələləri müzakirə edir: “Son həftələr “Gürcü arzusu” partiyası ölkəni Aİ-dən uzaqlaşdırır ki, bu da Gürcüstanın Almaniya ilə uzunmüddətli tərəfdaşlığını ciddi şəkildə təhdid edir. Nəticədə, biz ölkə hakimiyyəti ilə əməkdaşlığı azaltdıq və 200 milyon avrodan çox dəstək proqramlarını dayandırdıq”, – deyə Berbok Almaniya Xarici İşlər Nazirliyinin rəsmi portalında dərc olunan bəyanatda bildirib.
Vəli Həsənov,
KONKRET.az