Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu qəbul edərsə, Almaniya Gürcüstanı təhlükəsiz ölkə statusundan məhrum edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Echo of Caucasus” yazır.
Almaniya Sosial Demokrat Partiyasından olan deputat Helge Lind qeyd edib ki, Almaniya hökuməti Gürcüstanda siyasi vəziyyətin inkişafını diqqətlə izləyir və şərtlərin nə dərəcədə yerinə yetirildiyini yoxlayır.
Onun sözlərinə görə, əgər Gürcüstan əhalisi siyasi təqib təhlükəsi ilə üzləşsə, bunun uyğun nəticələri olacaq.
Xatırladaq ki, ötən ilin avqustunda Almaniya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib. Almaniyanın daxili işlər naziri Nensi Feser deyib ki, Gürcüstan təhlükəsizdir, çünki ölkədə hər bir vətəndaş dövlət təqiblərindən qorxmur və dövlət öz vətəndaşlarını qoruyur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az