Almaniya kansleri: “2024-cü il Azərbaycan və Ermənistan üçün sülh ili ola bilər”backend

Almaniya kansleri: “2024-cü il Azərbaycan və Ermənistan üçün sülh ili ola bilər”

“2024-cü il Azərbaycan və Ermənistan üçün sülh ili ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolç Londonda Avropa Siyasi Birliyinin 4-cü sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Burada çoxlu başqa müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan prezidenti cənab Əliyevlə söhbət də mənim üçün önəmlidir. Bu il bu region üçün son dərəcə əhəmiyyətlidir. Tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, bu, sülh ilinə çevrilə bilər”.

“Avropa bütövlükdə Azərbaycan və Ermənistanı sülhün bərqərar olması yolunda müşayiət edəcək ki, bu da uzun müddət davam edəcək və bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*