Almaniya kansleri COVID-ə yoluxdubackend

Almaniya kansleri COVID-ə yoluxdu

Almaniya kansleri Olaf Şolzın COVID-19 testi müsbət çıxıb. 

KONKRET.az Almaniya mətbuatına istinadən xəbər verir ki, kovidə yoluxduğu məlum olduqdan sonra Şolzın bir neçə görüşü təxirə salınıb.

Həmçinin Slovakiyanın yeni baş nazirinin Almaniyaya səfəri ləğv edilib.

Şolz X sosial şəbəkəsində yazıb ki, yaxın iki gün ərzində sosial tədbirlərdən imtina edəcək.

Şolzın ​​çərşənbə gününə planlaşdırılan kabinet iclası da keçirilməyəcək. 65 yaşlı kansler bu il COVID-19-a qarşı peyvənd olunub.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*