Almaniya kansleri Orbanı Putinlə görüşdüyünə görə tənqid etdibackend

Almaniya kansleri Orbanı Putinlə görüşdüyünə görə tənqid etdi

Almaniya kansleri Olaf Şolz Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə rəsmi görüş üçün Moskvaya səfər etməsini kəskin şəkildə pisləyib.

KONKRET.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Orban Putinlə görüşə Macarıstanın baş naziri kimi gedib. Aİ-ni xarici siyasət məsələlərində Orban yox, Çarlz Mişel təmsil edir”, – Şolz yazıb.

Almaniya kansleri vurğulayıb ki, Avropa İttifaqı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyir və Kiyev Almaniyadan gələcək dəstəyə tam arxalana bilər.

Xatırladaq ki, iyulun 5-də Macarıstanın baş naziri Viktor Orban sülh missiyasını davam etdirmək üçün Rusiyaya səfər edib. Rusiya prezidenti Vladimir Putin macar siyasətçini Moskvanın sülh yolu ilə nizamlanma təkliflərinin təfərrüatları ilə tanış edəcəyinə söz verib. O, həmçinin Orbanın mövqeyini və Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflərini daha yaxşı bilmək istəyini ifadə edib. Macarıstan hökumətinin başçısı da öz növbəsində Rusiya lideri ilə hazırkı görüşü əhəmiyyətli adlandırıb.

Orxan

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*