Almaniya kənd təsərrüfatında bu metoddan imtina etdi – FOTObackend

Almaniya kənd təsərrüfatında bu metoddan imtina etdi - FOTO

KONKRET.az-ın Qərbi Avropa ölkələri üzrə bürosu xəbər verir ki, gələn ildən etibarən Almaniya tədricən qlifosatı istifadədən çıxaracaq. Qeyd edək ki, qlifosat alaq otlarını çıxarmaq üçün istifadə olunan kimyəvi maddədir. Mütəxəssislər hesab edirlər ki, Almaniya hökumətinin bu qərarı “Ətraf Mühitin Qorunması” Proqramının icrası ilə əlaqədardır.

Qeyd edək ki, qlifosat dünyada istehsalda istifadə olunan ilk kimyəvi maddə hesab olunur. Bu qərar qlifosat istehsalı ilə məşğul olan Almaniyanın Bayer şirkəti üçün böyük bir problemə çevriləcək.

Yeri gəlmişkən, 2018-ci ildə Amerikalı alimlər qlifosatın xərçəngə səbəb olduğunu sübut ediblər. Əksər tədqiqat şirkətlərinin kəskin tənqidləri səbəbindən istehsalçılar qlifosatdan imtina ediblər. Buna görə, Amerika alimlərinin təcrübələrindən sonra alaq otlarına qarşı maddənin populyarlığı azalmağa başlayıb.

FATİMƏ

Bir cavab yazın