Almaniyanın müdafiə naziri Boris PistoriusUkraynaya silah tədarükünün ləngidiyini etiraf edib.
KONKRET.az xəbər verir ki, almaniyalı nazir bunu “Heute Journal” proqramında deyib: “Müdafiə sənayesinin müəyyən sahələri lazım olduğu qədər tez təmin edə bilməməsi ən böyük problemdir”.
Pistoriusun sözlərinə görə, bu, həm sursatlara, həm də hava hücumundan müdafiə sistemlərinə aiddir. Bununla belə, müdafiə sənayesinin potensialının artırılması üçün ciddi islahattlara ehtiyac var: “Bu, temp məsələsidir və qeyri-müəyyən təsir göstərmək mümkün deyil”.
O, əlavə edib ki, zavodun açılması və lazımi sursat və partlayıcı ehtiyatlarının yaradılması üçün vaxt lazımdır.
Nümunə olaraq Almaniya Müdafiə Nazirliyinin rəhbəri ölkəsinin bərpa etməli olduğu “Gepard” zenit özüyeriyən silahları üçün sursat istehsalını göstərib. Pistorius qeyd edib ki, bunun həyata keçirilməsi altı ay çəkəcək. Nazir xatırladıb ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Vəli Həsənov,
KONKRET.az