Almaniya miqrantlarla bağlı SƏRT QƏRAR verə bilərbackend

Almaniya miqrantlarla bağlı SƏRT QƏRAR verə bilər

Almaniyada miqrantlara qarşı iki yeni qanun layihəsi səsverməyə çıxarılır.

KONKRET.az xəbər verir ki, Almaniya Bundestaqı mayın 28-də miqrasiya ilə bağlı iki mühüm qanun layihəsini səsə qoyacaq.

Birinci qanun layihəsi məhdud müdafiə statusuna malik olan qaçqınlara ailə üzvlərini Almaniyaya gətirməyi iki il müddətinə qadağan etməyi nəzərdə tutur. Qanunda yalnız ağır ailə vəziyyətləri istisna kimi göstərilir.

“Almaniyaya axını azaldacaq amilləri ciddi şəkildə məhdudlaşdırmalıyıq. Bu qanun Almaniyanın miqrasiya siyasətində dəyişiklik mesajıdır”, — deyə ölkənin daxili işlər naziri, Xristian Demokrat İttifaqının (XDS/XSS) nümayəndəsi Aleksandr Dobrindt bildirib.

Hazırda Almaniyaya hər ay təxminən 1000 məhdud statuslu qaçqının ailə üzvü daxil olur. Bu qanuna qarşı artıq 30-dan çox QHT birgə müraciət edərək, hökuməti planı dayandırmağa çağırıb.

İkinci qanun layihəsi isə alman vətəndaşlığının 3 il ərzində əldə olunması imkanının ləğvini nəzərdə tutur. Belə ki, 2024-cü ildən əvvəlki koalisiya dövründə istisna hallarda (məsələn, yüksək inteqrasiya səviyyəsi) 3 ilə vətəndaşlıq verilə bilərdi.

Hazırkı layihə bu “turbo vətəndaşlaşdırma”nı ləğv edərək, vətəndaşlıq üçün minimum 5 il yaşayış müddətini əsas götürməyi və ikili vətəndaşlıq imkanının saxlanılmasını planlaşdırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*