Almaniya Polşanın Ukraynaya “Leopard 2” tanklarını göndərməsinə razılıq verdibackend

Almaniya Polşanın Ukraynaya “Leopard 2” tanklarını göndərməsinə razılıq verdi

“Varşava Almaniya istehsalı olan “Leopard 2” tanklarını Kiyevə göndərsə, Berlin buna müdaxilə etməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Nazirə Polşanın Ukraynaya Almaniyanın icazəsi olmadan “Leopard 2” tankları versə nə baş verəcək sualı ünvanlanıb. Xanım diplomatın cavabı lakonik olub:

“Hazırda bu sual verilməyib, lakin bizə verilsəydi, biz mane olmazdıq”.

Qeyd edək ki, “Leopard 2” tankının ixrac lisenziyası mövcuddur və buna görə digər ölkələr öz tanklarını Ukraynaya göndərmək üçün Almaniyadan icazə almalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*