Almaniya qırıcıları havaya qaldırıldıbackend

Almaniya qırıcıları havaya qaldırıldı

Almaniyanın Hərbi Hava Qüvvələri (HHQ) Baltik dənizi üzərindəki Rusiyanın “İl-20M” təyyarəsi səbəbindən qırıcılarını havaya qaldırıb.

KONKRET.az bildirir ki, bu barədə DPA agentliyi Almaniya HHQ-nin nümayəndəsinə istinadla məlumat verib.

Qeyd edilir ki, Almaniyanın iki “Eurofighter” qırıcısı ölkənin şimalındakı Laqe hava bazasından havaya qalxıb.

Almaniya HHQ-nin məlumatına görə, Rusiyaya məxsus “İl-20M” təyyarəsi beynəlxalq məkanda uçuş planı olmadan və əlaqə saxlamadan uçub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*