Almaniya rus haker üçün beynəlxalq həbs qərarı verdi: “O, sakit və sarışın bir oğlan idi”backend

Almaniya rus haker üçün beynəlxalq həbs qərarı verdi: “O, sakit və sarışın bir oğlan idi”

Almaniyada federal prokuror bu ölkədə 2015-ci ildə bir sıra kiberhücumlar həyata keçirdiyi iddia edilən 29 yaşlı Badin adlı bir haker üçün həbs qərarı çıxarıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Süddeutsche Zeitung” qəzeti yazıb.

Badin adlı bir hakerin Rusiya kəşfiyyatı adından Bundestaqın kompüter sistemlərinə girdiyi ehtimal edilir. O, həmçinin FTB tərəfindən Dünya Antidopinq Agentliyinə (WADA) qarşı haker hücumuna görə axtarışdadır.

FTB-nin məlumatına görə, haker ilk baxışdan Kurskdan olan “sakit və sarışın bir oğlan” idi.

“Tank sürmür, qırıcıya nəzarət etmir və yəqin ki, silah da daşımır. Badin döyüşə girəndə bunu klaviaturada edir” deyə qəzet yazır.

Bundan əlavə, Badinin “2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə” şübhəli bilindiyi iddia edilir.

Nəşr qeyd edir ki, rusiyalılar Donald Trampa rəqiblərinin elektron poçtlarını oğurlamaqla kömək edə bilər.

Bu həftə Almaniyanın baş prokuroru “kəşfiyyat fəaliyyəti” və “məlumatların nəzarətində” ittiham olunan Badin üçün beynəlxalq həbs qərarı verib.

Müstəntiqlər əmindir ki, o, Almaniyanın indiyə qədər yaşadığı ən güclü kiberhücumun iştirakçılarından biri idi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*