Almaniya Suriyaya 50 milyon avro əlavə humanitar yardım edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” sosiala hesabında məlumat yayılıb:
“Biz keçid dövründə Suriyanın mülki əhalisinə əlavə 50 milyon avro humanitar yardım göstərəcəyik. Bütün bunlar Suriyada vəziyyəti sabitləşdirmək, Almaniya və Avropada öz təhlükəsizliyimizi təmin etmək məqsədinə xidmət edir”. Qeyd olunur ki, Almaniya hakimiyyətinin nöqteyi-nəzərindən keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına qarşı sanksiyalar qüvvədə qalmalıdır, lakin mülki əhalinin təcili yardıma ehtiyacı var, o cümlədən mühüm infrastrukturun bərpası mütləq təmin olunmalıdır.
Vəli Həsənoğlu,
KONKRET.az