Almaniya Xarici İşlər Nazirliyi Ukraynanın istənilən halda Aİ-dən 50 milyard avro alacağına söz verib.
KONKRET.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, Berlin Macarıstanın müqavimətinə baxmayaraq, Aİ-nin Ukraynaya dəstəyini davam etdirəcəyinə əmindir: “Federal hökumət olaraq bizə aydındır ki, Ukraynaya yardım proqramı ən yaxşı və ən davamlı həll yolu olaraq qalır”.
Bu, Aİ-nin gələcək büdcəsində Kiyev üçün 50 milyard avronun ayrılmasını təmin edir. Bu yaxınlarda Brüsseldə keçirilən Aİ sammitində Macarıstan belə bir fondun yaradılmasına veto qoyub. Ona görə də yanvarda Brüsseldə bu məsələyə yenidən baxılması üçün xüsusi sammit keçiriləcək.
Vəli Həsənov,
KONKRET.az