Almaniya kansleri Fridrix Mers Ukrayna Prezidenti Volodimir Zelenski ilə Berlində keçirdiyi görüşdən sonra “X” (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edib. O, Ukrayna ilə həmrəy olduqlarını bildirib:
“Ukraynalılar həyatlarını, ölkələrini və azadlıqlarını müdafiə edirlər. Onlar böyük qurbanlar hesabına Avropanın təhlükəsizliyini Rusiyanın militarist revizionizmindən qoruyurlar. Biz Ukraynaya hərbi yardımımızı davam etdirəcəyik və bu yardımı daha da genişləndirəcəyik”, – deyə Mers vurğulayıb.
KONKRET.az xəbər verir ki, o, paylaşımını Ukrayna dilində edib.
Kansler əlavə tvitində qeyd edib ki, Almaniya Ukraynada fəaliyyət göstərən “Starlink” peyk rabitə terminallarının əhəmiyyətli bir hissəsinin maliyyəsini öz üzərinə götürəcək. Həmçinin Ukrayna ilə birgə uzaqmənzilli silah sistemlərinin istehsalına başlanacaq. Mers xüsusi olaraq bildirib:
“Mənzilin uzaqlığına dair heç bir məhdudiyyət olmayacaq”.
Natiq Səlim,
KONKRET.az