Almaniya xaricdən ixtisaslı kadr axtarır: Ölkənin əmək bazarında minlərlə işçiyə ehtiyac varbackend

Almaniya xaricdən ixtisaslı kadr axtarır: Ölkənin əmək bazarında minlərlə işçiyə ehtiyac var

Türkiyədən bir vaxtlar işçi qüvvəsi alan Almaniya indi də Avropa Birliyi ölkələrindən işçi almağa hazırlaşır.

KONRET.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Almaniyada ixtisaslı işçilər üçün yeni qanun qəbul ediləcək. Federal hökumətin, əyalət rəhbərləri, iş və həmkarlar ittifaqlarının  bir araya gələcəyi görüşdə işə qəbul və işçilərin problemləri gündəmdə olacaq. Zirvə görüşündə yeni əmək miqrasiya qanununun təsirli və sürətli olması üçün istiqamətlər müzakirə ediləcək. İxtisaslı işçi miqrasiyasını tənzimləyəcək yeni qanun 1 mart 2020-ci ildə qüvvəyə minir. Qanun, Avropa Birliyi xaricindən Almaniyaya ixtisaslı işçi qüvvəsinin gəlməsini asanlaşdırmaq məqsədi daşıyır.

Lakin Almaniyada mütəxəssislər ölkənin alimlər üçün cəlbedici olmadığını düşünür. Ölkənin baş naziri Angela Merkel Almaniyanın AB xaricində olan ölkələrdən ixtisaslı işçi qüvvəsi qəbul etməyə məcbur olduğunu vurğulayıb. O deyib ki, hazırda sektorda uyğun və ixtisaslı işçi yoxdur.

Əmək naziri Hubertus Heil, iş dünyasını yeni iş strategiyası qəbul etməyə çağırıb: “Müəssisələr bizə hansı ölkələrdə və hansı sahələrdə işləmək istədiklərini söyləməlidir: Federal hökumətin bürokratik prosesi asanlaşdırmasının yeganə yolu budur”.

Federal Əmək Agentliyinin prezidenti Detlef Scheele, Almaniyaya işçi miqrasiyası ilə bağlı müxtəlif razılaşmanın imzalanacağını açıqlayıb. “Hazırda Filippin və Meksika ilə aramızda olan müqavilələr kimi anlaşmalar imzalayacağıq. Əsaəsn bu Səhiyyə sahəsinə yönələcək”.

Lakin araşdırmalar Almaniyanın alimlər üçün cəlbedici ölkə olmadığını ortaya qoyub. Bertelsmann Fondu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən edilən araşdırmaya görə, Almaniyada mühacirət etmək istəyən xarici alimlər üçün nisbətən az cəlbedici şərtlər təklif olunur. Araşdırmaya görə, Almaniya cəlbediciliyi baxımından 30 sənayeləşmiş OECD ölkəsi arasında 12-ci yeri tutur. Bunun səbəbi Aİ üzvü olmayan ölkələrdə qazanılan elmi dərəcələrin Almaniyada tanınmamasıdır.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*