Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Fələstin dövlətinin tanınması tezdir, lakin iki dövlətin yaradılması prosesi indi başlamalıdır.
KONKRET.az xəbər verir ki. nazir deyib:
“Danışıqlar yolu ilə iki dövlətli həll hər iki tərəf üçün sülh, təhlükəsizlik və ləyaqətə aparan yeganə yol olaraq qalır. Almaniya üçün Fələstinin tanınması daha çox prosesin sonu kimidir, lakin bu, dərhal başlamalıdır”.
Nazirin sözlərinə görə, BMT-nin son konfransı göstərdi ki, İsrail getdikcə beynəlxalq təcrid vəziyyətindədir.
“İsrail hökumətinin ayrı-ayrı üzvlərinin ilhaqla bağlı açıq çağırışları fonunda getdikcə daha çox Avropa ölkəsi Fələstini hətta əvvəlcədən danışıqlar olmadan da tanımağa hazırdır”, – Vadeful əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az