Almaniyaya dolu yağıb. Reutlingen şəhərinə yağan dolu qış fəslini xatırladan mənzərələrə səbəb olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi ərazilərə 30 santimetrə yaxın dolu yağıb və nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Səlahiyyətlilər küçələri təmizləmək üçün qartəmizləyən maşınlardan istifadə ediblər.
