Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburqda naməlum şəxs avtomobili idarə edərək Milad yarmarkasında izdihamın üzərinə sürüb.
KONKRET.az xəbər verir ki, Spiegel-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
İzdihamdakı insanlar təşviş içərisində qaçaraq özlərini xilas etməyə çalışıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Əyalət polisi hadisə ilə bağlı hələlik açıqlama verməsə də, Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzindən uzaqlaşmağa çağırıb.
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında Berlində oxşar hadisə baş vermişdi. Braytşayd meydanında yük avtomobili Milad yarmarkasında insanların üzərinə sürülmüş, nəticədə 13 nəfər həlak olmuş, 70-dən çox insan yaralanmışdı.
KONKRET.az