Almaniyada daşqın qurbanlarının sayı 165-i ötdübackend

Almaniyada daşqın qurbanlarının sayı 165-i ötdü

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 169-a çatıb.

Bu barədə KONKRET.az “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, təkcə Reynland-Pfalts federal torpağında təbii fəlakət qurbanlarının sayı 121 nəfər təşkil edir.

Daha əvvəl 164 nəfərin həlak olması barədə xəbər verilirdi.

Qeyd edək ki, iyulun 12-dən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*