“Almaniyada hesab edirlər ki, Donald Tramp ABŞ prezidenti seçilərsə, vaxtından əvvəl federal seçkilərin keçirilməsinə ehtiyac var”.
KONKRET.az xəbər verir ki, bunu “Bild”-in baş redaktorunun müavini Pol Ronzeimer deyib: “Öz hökumətinə nəzarət edə bilməyən kansleri heç kim ciddi qəbul etmir. Böyük ehtimalla Tramp da Olaf Şoltsı yaxın buraxmayacaq”. Ronzheimerin fikrincə, Trampın alman xalqı qarşısında xidməti Almaniyada hakim koalisiyanın dağılması və hökumətin istefasını təmin etmək ola bilər.
O qeyd edib ki, koalisiyada tez-tez baş verən daxili münaqişələr Almaniyanın Avropadakı reputasiyasına mənfi təsir göstərir. Bundan əlavə, kansler Olaf Şoltsın reytinqi kəskin aşağı düşüb. Ronzheimer onu da vurğulayıb ki, Amerika seçkilərinin nəticəsindən asılı olmayaraq, Solts ən qısa zamanda Almaniyada yeni seçkilərə hazırlıqlara başlamalıdır.
Vəli Həsənoğlu,
KONKRET.az