Almaniyada ikili vətəndaşlıq başlayır… İmmiqrasiya tarixində dönüş nöqtəsibackend

Almaniyada ikili vətəndaşlıq başlayır... İmmiqrasiya tarixində dönüş nöqtəsi

Bu gündən etibarən Almaniyada yaşayan miqrantlar ölkə vətəndaşlığını qəbul edə bilərlər. Onlar üçün ikili vətəndaşlıq məhdudiyyəti olmayacaq.

KONKRET.az xəbər verir ki, bundestaqın millət vəkili Macit Karaahmetoğlu bildirib ki, şərtləri yerinə yetirən bütün Türkiyə vətəndaşları Almaniya vətəndaşlığına müraciət edə bilərlər. Bu ona görə lazımdır ki, Almaniyada demokratiyanın inkişafı üçün türklərin fəal olması olduqca vacibdir. Əvvəlki dövrlərdə Almaniyada Türk Birliyinin sədri vəzifəsini icra edən və uzun müddət ikili vətəndaşlıq uğrunda mübarizə aparan Kənan Kolat deyib ki, “Bu, tarixi hadisədir və Almaniya demokratiyası üçün əhəmiyyətli bir dönüş nöqtəsi olacaq. Almaniyadakı türk icması irqçiliyə qarşı mühüm amil olacaq. Türklərin əksəriyyəti irqçi partiyalara səs verməyəcək. “Bu, demokratiyanın sağlam fəaliyyətini təmin edəcək”. Almaniya Türk Cəmiyyətinin sədri Gökay Sofuoğlu da qanunun əhəmiyyətini vurğulayıb: “27 iyun alman türklərinin köç tarixində yaddaqalan il olacaq”.

Yeni qanun özündə nəyi ehtiva edir:

*Almaniya vətəndaşlığına görə müraciət etmək üçün yaşayış müddəti səkkiz ildən beş ilə endirildi.

*Məktəb və ya peşə uğuru, alman dilini yaxşı bilən, ictimai maraq doğuran fəaliyyətlər və uğurlu inteqrasiya kimi xüsusiyyətlərə malik olanlar 3 ildən sonra Almaniya vətəndaşlığını ala biləcəklər.

*Birinci nəsil immiqrantlar və 67 yaşdan yuxarı olanlar üçün yazılı alman testləri ləğv ediləcək.

*Almaniyada ən azı 5 il yaşamış mühacirlərin uşaqları da Almaniya vətəndaşı ola biləcəklər.

Müraciət üçün tələblər:

* Vətəndaşlıq üçün müraciət edənlərdən Almaniya Konstitusiyasının azad demokratik əsas qaydalarına riayət etmələri tələb olunacaq.

*İslam, antisemit, homofob olmadığını və qadın hüquqlarına hörmət etdiyini öhdəsinə götürəcək. Almaniyada orta məktəbi və ya ali təhsili bitirməyənlər “Eynbürgerungstest” adlı vətəndaşlıq imtahanı verəcəklər.

*Ərizəçi cinayət əməlinə görə məhkum edilməməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*