Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaqbackend

Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaq

Almaniyada uzunmüddətli xəstəlik məzuniyyətində olan işçilərin həqiqətən də xəstə olub-olmadığını yoxlamaq üçün detektivlər işə götürülür.

KONKRET.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İşəgötürənlər bunu iqtisadi çətinliklər zamanı məhsuldar olmayan işçiləri işdən çıxarmaq üçün təsirli bir üsul kimi görürlər.

Nəşr yazır ki, belə özəl agentliklərdən biri olan “Lentz Group”da müraciətlərin artımı müşahidə olunur. Şirkət hər il təxminən 1 200 sifariş alır.

2021-ci ildə işçilər təxminən 11.1 gün, 2023-ci ildə isə 15.1 gün xəstəlik məzuniyyəti götürüblər. Bu, Almaniyanın ÜDM-nin 0.8% azalmasına səbəb olub.

Qeyd olunur ki, ölkədə işdən yayınma ilə bağlı vəziyyət, İtaliya, Fransa və İspaniya kimi ölkələrdən daha pisdir. Bu, onunla əlaqədardır ki, Almaniyada koronavirus pandemiyasından sonra telefonla xəstəlik məzuniyyəti almaq mümkün olub.

Bəzi işçilər təmir işləri aparmaq və ya ailə işlərinə kömək etmək üçün xəstəlik məzuniyyəti götürürlər./oxuaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*