Almaniyadan İsrailə ÇAĞIRIŞ: “Dərhal aradan qaldırın!”backend

Almaniyadan İsrailə ÇAĞIRIŞ: "Dərhal aradan qaldırın!"

Almaniya hakimiyyəti İsrail hökumətini Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb. Bildirib ki, münaqişəsinin hər iki tərəfi danışıqlar masasına qayıtmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə deyib:

“Almaniya İsrail hökumətinin bütün humanitar yardımların Qəzzaya daxil olmasını dayandırmaq qərarını böyük narahatlıqla qarşılayır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, İsrail əsas xidmətlərin maneəsiz şəkildə təmin edilməsini və Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etməklə beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir. Biz İsrail hökumətini Qəzzaya bütün növ humanitar yardımların daxil olmasına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırırıq. Humanitar yardımın Qəzza zolağına maneəsiz çıxışı hər zaman təmin edilməlidir”.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*