Almaniya NATO-ya Arktika Mühafizəçisi missiyasını təklif edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Almaniya Qrenlandiyanın iştirakı ilə birgə NATO-nun Arktika Mühafizəçisi missiyasını yaratmağı düşünür. Bu təşəbbüs ada ətrafında ABŞ ilə gərginliyi azaltmaq məqsədi daşıyır və Baltik Qvardiyasına bənzər hesab olunur”, – məlumatda deyilib.
Qeyd edək ki, Britaniyanın müttəfiqləri ilə bölgəyə mümkün qoşun yerləşdirilməsi məsələsini müzakirə etdiyi bildirilir. (axar.az)
