Almaniyalı futbolçu “Qalatasaray”la anlaşdıbackend

Almaniyalı futbolçu "Qalatasaray"la anlaşdı

Almaniya millisinin futbolçusu Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

29 yaşlı oyunçu “Qalatasaray”la anlaşıb. O, müqavilə imzalamaq üçün tezliklə İstanbula gedəcək.

Qeyd edək ki, Leroy Sane 2020-ci ildən “Bavariya”da çıxış edir. Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*