Almaniyanın ən böyük şəhərlərindən biri olan Düsseldorfun Neuss şəhər məclisinin əməkdaşı 36 yaşlı Yuliya Verşininanın gizli həyatı və qot fetişizmi heyrətə səbəb olub.
KONKRET.az xəbər verir ki, özünə “Vivian Vayne” ləqəbini götürən gənc siyasətçinin fantaziya dünyasına olan bu marağını “Netflix” diqqət mərkəzinə gətirib.
Kontent platformasında sənədli filmə danışan Yuliya vurğulayıb ki, sənədli filmin prodüserləri sosial mediada onun fotolarını görüblər və bu barədə film çəkmək istədiklərini bildiriblər.
Qeyd edək ki,16 yaşında Rusiyadan Almaniyaya gələn və Düsseldorfda incəsənət tarixi üzrə təhsil alan gənc qadın kişilərin fantaziyalarını reallaşdırdığını və bundan həzz aldığını bildirib. Gənc qadın “qıdıqlayıram, bağlayıram, bəzən şiddətə əl atıram” deyib.
Gənc siyasətçinin yanaşması sosial mediada trend mövzusuna çevrilib. Yuliya “mən bu işə 21 yaşımda başlamışam, indi də bu işi peşəkarcasına görürəm. Qalan vaxtımda isə Neuss şəhər məclisində vəzifəmi davam etdirirəm”, deyə bildirib.
“Mən şəhər məclisində zorakılığa əl atmıram. Sənətə və mədəniyyətə məhəl qoymasalar, etirazımı sərt şəkildə bilrəcəyəm”, – Yuliya deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az