Rusiyalı müğənni Sergey Qriqoryev – Apollonovun Almaniya ilə bağlı müsahibəsi sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, bu müzakirələrdə əsas diqqət Almaniya ilə bağlı səmimi məlumatların verilməsi olub. Müsahibə maraqla qarşılandığı üçün oxucuların diqqətinə çatdırırıq.
Qeyd edək ki, “İvanuşki İnterneşnl” qrupunun solisti Sergey Qriqoryev artıq 20 ildir Almaniyada yaşayır. O etiraf edir ki, Rusiya-Ukrayna müharibəsindən və Rusiyaya tətbiq edilən sanksiyalardan sonra ölkədə çox şey dəyişib.
– Mən Almaniyaya 18 yaşımdan sonra gəlmişəm. Dərhal da instituta daxil olmuşam. Burada ali məktəbə daxil olmaq elə də çətin deyil. Çünki Almniyada ali təhsil ocaqlarına daxil olmaq üçün qəbul imtahanları yoxdur. Ancaq orta məktəb attestatına baxılır. Oxuduğum rus məktəbini əla qiymətlərlə bitirdiyim üçün məni insitututa dərhal qəbul etdilər.
Buna qədər iki-üç dəfə Almaniyaya təcrübə toplamaq üçün gəlmişdim. Sonra elə oldu ki, bu ölkədə necə yaşamağı öyrənməli oldum. Əlbəttə, əvvəlcə çox çətin idi: fərqli mədəniyyət, fərqli təməllər. Çox çətin idi.
İndi fikirləşirəm ki, o vaxt geri qayıtmaq üçün bilet almağa pulum olsaydı, bir ay ərzində Rusiyaya qayıdacdım. Ancaq mənim başqa əlacım yox idi. Ona görə də Almaniyada qalası oldum. Zamanla burda yaşamağa çox öyrəşdim və ürəkdən Amaniyanı sevməyə başladım. Baxmayaraq ki, ilk vaxlarla almanlar məni şoka salırdı.
– Əsasən nədə?
– Axşam saat 10-dan sonra yaşadığın evdə səs-küy salmaq olmaz. Yadımdadır, bir dəfə dostlarım bizə qonaq gəlmişdi, biz yüksək səslə danışır, mahnı oxuyurduq. Növbəti gün mənə məxsus poçt qutusunda qonşularımdan birinin anonim məktubunu aldım. Orada yazılmışdı: “Siz axşam saatlarında necə cürət edib səs-küy salmısınız?! Əgər bu hal bir də təkrar olunsa, polisə müraciət edəcəyik”.
Almanlar üçün axşam saatlarında stol arxasında oturmaq belə şok haldır. Hətta axşamlar paltaryuyan maşını belə işə salmaq olmaz. Hələ bu harasıdır, siz saat 10-dan sonra düş da qəbul edə bilməzsiniz. Çünki bununla qonşular üçün narahatlıq yara bilərsiniz. Mən buna zamanla öyrəşəsi oldum. İndi mən də axşam saat 10-dan sonra heç nə iləmirəm. Ancaq istirahət!
– Son illərdə Rusiya ilə Almaniya arasında isti münasibətlər pozulub. Bu, Almaniyada yaşayan rusların həyatına necə təsir edir?
– Ruslara qarşı neqativ münasibəti heç vaxt hiss etməmişəm. Mənim çox yaxşı qonşum var. Mən olmayanda alman xanım evimə nəzarət edir, poçt qutusuna baxır, əkdiyim güllərə hər gün su verir.
Bu yaxınlarda isə mənə deyirdi ki, “Evinə oğru girməsin deyə pəncərədən pərdələri aşağı salıb qaldıra bilərəm. Hamı elə bilsin ki, sən orada yaşayırsan”. Baxmayaraq ki, Almaniyada təbii ki, heç kim qarət olunmur. Hazırda ruslara çox çətinliklə viza verilir. Dostum məni ziyarətə gəlmək istəyirdi. Amma bu, mümkün görünmür. Çünki ona yeni viza vermirlər.
– Bəs ukraynalı qaçqınlar özünü necə aparır? Sosial şəbəkələrdə onların video-çarxları yayılır.
– Ukraynalılar burda çoxluq təşkil edilər. Onların əksər hissəsi özlərini normal aparır. Bu yaxınlarda Odessadan uşaqlarla gələn bir qızla tanış olmuşam. Onlar qaçqınlar üçün salınan sosial düşərgələrdə qalırlar. Ancaq qida ilə təmin olunurlar. Ona görə də çoxu münaqişənin başa çatmasını və evə qayıtmalarını səbirsizliklə gözləyir. Ukrayna qaçqınlarının əksəriyyəti burada yaşayan ruslara normal yanaşır. Hamə başa düşür ki. Situasiya çox ağırdır. Hamı ümid edir ki, ağır situasiyadan çıxış yolu tapılacaq.
– Deyirlər Almaniyada ərzaqlar çox bahalaşıb. Sən bunu hiss etmisən?
– Bəli. Almaniyada son bir ildə inflyasiya artıb. Rəsmi rəqəm 7 faiz təşkil edir. Bu Almaniyanın son onillik tarixində ən böyük inflyasiyadır. Bütün ərzaqlarda , qida məhsullarında qiymətlər bahalaşıb.
Ən böyük bahalaşma süd məhsullarında qeydə alınıb. Qatıq və kəsmikdə bahalaşma 30 faizdir. Südün bir litrini əvvəl 70 sentə alırdım. İndi bu qiymət bir avro 5 sentdir. Un və un məhsulları, hətta makaron da 20 faiz bahalaşıb. Həmçinin meyvə və tərəvəzdə də qiymətlərdə böyük fərq var. İqtisadçılar deyir ki, bahalaşma yanacaq və enerji qiymətlərinin qiymətlərinin artımı ilə sıx bağlıdır.
Almaniyada benzin 20 faiz bahalaşıb. Amma son iki ayda benzin və dizelin qiymətlərində ucuzlaşma var. Mənim maşınım dizellə işləyir. Əvvəl mən dizelin litrini bir avro 20 sentə alırdım. Ötən ilin yay ayında dizelin litri bahalaşdı və bir avro 90 sentə çatdı. İndiki ucuzlaşmdan sonra bir avro 50 sentə düşüb.
– Bəs kommunal qiymətlərdə vəziyyət necədir?
– Təbii qazın qiyməti çox artıb. Almaniya 2023-cü ilin yanvarından ucuz Rusiya qazından imtina etdi və əvəzində baha qiymətə sıxılmış qaz almağa başladı. Şəxsən məndə qaz və elektirk enerjisi üzrə ödəmələrdə 30 faiz artım var. Almaniyada əksəriyyət istilik üçün odunlardan istifadə edir. Hətta bu tipli materiallarda da qiymətlər qalxıb.
Bütün əhalinin qiymət artımına münasibəti əlbəttə ki, mənfidir. Xüsusən də sosial təminatı aşağı olanlar bundan çox əziyyət çəkir. Almaniya çox inkişaf etmiş ölkədir. Bu ölkədə orta sinif güclü inkişaf yolunu keçib. Bu gün inflyasiya bu təbəqə üçün böyük zərbə oldu. Amma demək olmaz ki, Almaniyada acından kimsə ölür. Əminəm ki, orta sinif bu bahalaşmanın öhdəsindən gələcək
– Bilirik ki, kommunal xərcləri qənaət etməyin yolunu tapmısan.
– Bəli. Mənim Almaniyada bir neçə mənzilim var və böyük şəxsi bağ evim var. Həmin evlərin dam hissəsində 10 ildir günəş batareyaları quraşdırmışam. Yayda bu batareyalar xeyli enerji toplayır. Mən bu eneji ehtiyatını yerli şirkətlərə satıram. Əldə etdiyim vəsaitlə sıxılmış qaz alıram. Vaxtilə qoyduğum investisiyaya görə, mən istiliyə görə əlavə pul ödəmirəm
– Batareyaları neçəyə almışdın?
– Bu qurğular çox bahadır. Aldığım batareyalar təxminən 30 min avro dəyərindədir. Amma çox sərfəlidir. Bu batareyaladan xeyli enerji ehtiyatı yığıb sonra satmaq olur. Əgər çoxmərtəbəli mənzillərdə qalsan, belə batareyaları müstəqil quraşdıra bilməzsən. Amma belə hal da mövcuddur ki, sakinlər yığışıb bir yerdə binanın damında günəş batareyaları quraşdıra billərlər.
– Eşitmişik ki, sən mənzilini satışa çıxarmısan…
– Bəli. Mənim mənzilim Baden-Baden şəhərində yerləşir. Bu şəhər rus mədəniyyəti ilə sıx bağlıdır. Burada Dostoyevski, Turgenev və Tolstoy yaşayıb. Mənzilim üçotaqlıdır. Şəhərin meşəlik hissəsində 10 sotluq ərazidə tikilib. Bir milyon 200 min avroya satıram. Hələ ki, alıcı yoxdur. Gəlirlər, baxırlar, “çox bahadır” – deyib gedirlər. Hələ sata bilmirəm. İndi almanlar özlərinə mənzil almaq üçün kredit götürməyi rəva görmürlər.
– Niyə?
– Almaniyada əmlak bazarında ciddi böhran yaşanır. Kredit faziləri çox yüksəlib. Əgər əvvəllər əmlak kreditlərinin həcmi 0,5 faiz idisə, indi bu rəqəm on dəfə artıb. Ona görə də almanlar kreditlə ev almaqda həvəsli deyillər.
İki il bundan qabaq Almaniyada evi kirayə götürmək çox sərfəli deyildi. Birbaşa mənzil almaq daha uyğun idi. Amma indi əksinə, mənzillər bahalaşdığından çoxları özünə ev ala bilmir.
Hazırladı Sevinc Paşayeva
KONKRET.az