Almaniyanın “Die Welt” nəşrinin oxucuları Ukrayna prezidenti Vladimir Zelenskinin Milad videotəbrikini tənqid ediblər. Orada siyasətçinin “möcüzə gözləmirik, çünki onu özümüz yaradırıq” – sözləri ələ salınıb.
KONKRET.az xəbər verir ki, portal istifadəçiləri Zelenskinin sözlərinə həqiqətən də inanmadıqlarını bildiriblər. Onlar həmçinin Ukraynanın özünün Qərbin köməyi olmadan heç nə edə bilməyəcəyinə diqqət çəkiblər.
“Bu arada o özü də başa düşür ki, onlara qələbə yalnız möcüzə gətirəcək. Çox təəssüf ki, minlərlə ukraynalı və rus bu baş verməmişdən əvvəl öləcək “deyə Tomas Frankfurt adlı istifadəçi fikrini bildirib.
“Vay, indi o, möcüzələr yarada biləcəyini düşünür! Bu dəlilik deyilmi?” – daha bir sosial şəbəkə istifadəçisi yazıb.
“Psixi xəstəxana da möcüzə gözləyən insanlarla doludur” deyə Peter Kment zarafatla qeyd edib.
“İndi o, özünü tanrı hesab edir” deyə Anders A. adlı istifadəçi bildirib.
Qeyd edə ki, fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Prezident Vladimir Putin onun son məqsədini Donbasın azad edilməsi və Rusiyanın təhlükəsizliyini təmin edəcək şəraitin yaradılması ilə əsaslandırıb.
Günel Mikayılova,
KONKRET.az