Almatıya getməyə çalışan 4 nəfər tutuldubackend

Almatıya getməyə çalışan 4 nəfər tutuldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Almatı şəhərində nəzarət nöqtələrini keçərək şəhərə girməyə çalışan dörd nəfər tutulub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda informasiya Polisia.kz saytında yer alıb.

Mənbə bildirir ki, Türküstan şəhərinin1986-cı il təvəllüdlü sakini səssizcə Aksayka çayı vasitəsilə Almatı ərazisinə getməyə çalışıb.

Almatı vilayətinin 1968-ci il təvəllüdlü sakini eyni şəkildə karantin rejiminin sərhədi üzərindən keçmək qərarına gəlib.

Bölgənin üçüncü sakini İli rayonunun Pokrovka kəndində yerləşən 22 nömrəli keçid məntəqəsində ələ keçirilib.

“Dördüncüsü isə 2000-ci il təvəllüdlü Qırğızıstan vətəndaşı olub. Onun üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədi olmayıb”. Karasay Rayon Polis İdarəsinin rəisi Asxat Daniyar belə deyib.

Saxlanılan şəxslərlə əlaqədar İnzibati Məcəllənin 476-cı maddəsinin 1-ci hissəsi (“Fövqəladə vəziyyət rejiminin pozulması”) ilə protokollar tərtib edilib.

Məhkəmənin qərarı ilə onların 5 gün həbsdə qalacaqları deyilir.

Qırğızıstan vətəndaşı bütün hallar aydınlaşana qədər qəbul mərkəzinə yerləşdirilib.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət Qazaxıstanda martın 16-dan etibarən qüvvədədir. Martın 22-dən başlayaraq, Almatı və Nur-Sultan tamamilə karantindədir. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev martın 23-də karantin zonasında təcrid tədbirlərinin sərtləşdirilməsini və fövqəladə vəziyyət rejimini pozanların daha sərt şəkildə cəzalandırılmasını tələb edib. O, həmçinin karantin zonasının tam təcrid olunmasını və Almatı və Nur-Sultan ərazisinə piyada girməyin qarşısını almağı tapşırıb.

Ümumilikdə bu günə qədər Qazaxıstanda 68 COVID-19 təsdiq ediib. Onlardan 35-i Nur-Sultan, 29-u Almatı, 2-si isə Qaraqandadır. Almatı və Aktobe vilayətlərinin hər birində də 1 nəfər var.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*