Altı ay əvvəl Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.
Konkret.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus “Niva” markalı avtomobildə olarkən idarəetməni itirib.
Yol kənarındakı işıq dirəyinə çırpılan avtomobil daha sonra aşıb. Qəza nəticəsində sürücü və maşında olan 2011-ci il təvəllüdlü sərnişin Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün xəstəxanada dünyasını dəyişib.