Alyaskada iki təyyarə toqquşdu: Amerikalı siyasətçi öldübackend

Alyaskada iki təyyarə toqquşdu: Amerikalı siyasətçi öldü

Alyaskanın Soldotna şəhərindəki hava limanı yaxınlığında iki kiçik təyyarə toqquşub, 7 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə 1 avqust şənbə günü Dövlət Təhlükəsizliyi İdarəsi açıqlayıb.

Qeyd olunur ki, bir təyyarədə altı, digərində isə altı nəfər olub. Onların əksəriyyəti qəza yerində ölüb.

“The Washington Times” xəbər verir ki, təyyarələrdən birində ştatın Nümayəndələr Palatasının üzvü, respublikaçı Harri Knop olub.

Təyyarə qəzasında həyatını itirən Amerikalı siyasətçi Harri Knopp. Foto – twitter.com/TPNN_ThePoint

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası hadisə ilə əlaqədar istintaq başlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*