Alyaskadakı görüşün PƏRDƏARXASI: Tramp Putindən bunu istəyib…backend

Alyaskadakı görüşün PƏRDƏARXASI: Tramp Putindən bunu istəyib...

Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan mətbuata qapalı görüş beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Bəs görəsən, tərəflər nələri müzakirə ediblər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu görüş Trampın sülh quruculuğu istiqamətində atdığı növbəti addımlardan biri kimi qiymətləndirilməlidir:

Tural İsmayılov

“Amerikada gerçəkləşdirilən Putin-Tramp görüşü daha ədalətli və sülh quruculuğu uğrunda qlobal həmrəyliyə ABŞ prezidentinin verdiyi töhfənin göstəricisidir. Tramp daha barışçıl bir dünya naminə siyasətini davam etdirir. Bu, dünyanın müxtəlif coğrafiyalarında nizamlı və sabit siyasi mənzərənin yaranmasına xidmət edir”.

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində atəşkəs və barışa doğru atılacaq istənilən addım bütövlükdə dünya üçün müsbət nəticələr verəcək:

“Bu gün ABŞ-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri arasında paraflanan sülh müqaviləsi və eyni vaxtda Tramp-Putin görüşünün keçirilməsi təsadüfi deyil. Bu, qlobal sülh naminə aparılan missiyanın tərkib hissəsidir. Rusiya-Ukrayna müharibəsinin sonlanması sabitliyin və sakitliyin əldə olunmasına, eləcə də Cənubi Qafqazda müsbət təsirlərin hiss olunmasına gətirib çıxaracaq”.

Ekspertin sözlərinə görə, qlobal güclərin barış missiyası uğurla davam etdirilərsə, həm regionda, həm də beynəlxalq müstəvidə yeni siyasi mərhələ başlayacaq.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*