“Amazon” şirkətinin rəhbərinin sərvəti daha 56,7 milyard dollar artdıbackend

"Amazon" şirkətinin rəhbərinin sərvəti daha 56,7 milyard dollar artdı

Dünyanın ən varlı adamı, ABŞ-ın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti daha da artıb və rekord göstərici – 171,6 milyard dollara çatıb. Bu, şirkətin səhmlərinin dəyərinin artması ilə əlaqədardır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Bloomberg yazır.

Beləliklə, Bezos Amazon-un 11% -nə sahibdir. Onların dəyəri 4.4% artaraq rekord olaraq  2878,7 dollar təşkil edib.

Qeyd olunur ki, təkcə 2020-ci ilin birinci yarısında iş adamı 56,7 milyard dollar varlanıb.

Aprel ayında Forbes jurnalı Jeff Bezosu ardıcıl üçüncü dəfə planetin ən varlı adamı adlandırıb. Bu zaman onun sərvəti 113 milyard dollar təşkil edirdi.

Ən varlılar arasında ikinci yerdə Microsoftun qurucusu Bill Qeyts (98 milyard dollar) gəlir. Üçüncü yerdə 76 milyard dollarla LVMH (Louis Vuitton Moet Hennessy) Fransa şirkətlər qrupunun baş direktoru Bernard Arnault qərarlaşıb.

Bezos “Amazon”u 1994-cü ildə təsis edib.  Şirkət internet üzərindən məhsullar  və xidmətlər satır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*