AMB uçot dərəcəsini endirdibackend

AMB uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

KONKRET.az AMB-yə istinadən xəbər verir ki, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib.

Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*