Amerika Erməni Milli Komitəsi təxribata hazırlaşır – FOTObackend

Amerika Erməni Milli Komitəsi təxribata hazırlaşır - FOTO

Amerika Erməni Milli Komitəsinin təşkilatçılığı ilə (AEMK) bu ölkədəki ermənilər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı Ağ Evin yaxınlığındakı Lafayette Meydanına toplaşacaq və antitürk şüarları səsləndirəcək. KONKRET.az xəbər verir ki, etirazçılar Ərdoğanı bir sıra cinayətlərdə, o cümlədən demokratiyaya qarşı hərəkətlərdə, kilsələrə ləkə gətirməkdə, Suriyanı işğal etməkdə, kürdləri öldürməkdə və “erməni soyqırımı”nı inkar etməkdə günahlandıran plakatlar nümayiş etdirəcəklər.

Tvitterdə AEMK bu barədə məlumat yayıb.

Qeyd, edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Suriyanın şimalındakı mövcud vəziyyəti və bir sıra digər məsələləri müzakirə etmək üçün noyabrın 13-də Vaşinqtona gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*