Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesin Amerikanın maraqlarına uyğun bir sıra addımlar atacağını gözləyir.
KONKRET.az politico-ya istinadla xəbər verir ki, bunu məlumatlı mənbələr bildirib.
Onların sözlərinə mənbələrə görə, Rodriges ən azı 3 addım atmalıdır: “narkotik axını dayandırmaq; İran, Kuba vəVaşinqtona düşmən olan digər ölkələrdən və ya şəbəkələrin casuslarını qovmaq; ABŞ-nin düşmənlərinə neft satışını dayandırmaq.
Bundan əlavə, ABŞ rəsmiləri Rodrigesin azad seçkiləri təşviq edəcəyini və istefa verəcəyini gözləyirlər. Bu tədbirlər üçün konkret müddət açıqlanmayıb.
Bununla belə, Tramp komandası əmindir ki, Rodriges bütün tələblərə əməl edəcək.
Tramp administrasiyasına yaxın mənbənin sözlərinə görə, ABŞ Rodrigesi “ondan qurtulmadan və davam etməzdən əvvəl istədiyi istiqamətə” itələyə biləcəyinə inanır.
Hərbi variantlardan başqa, ABŞ-nin Rodrigezin əməkdaşlığını təmin etmək üçün sanksiyaların yumşaldılması və onun əsasən Qətərin paytaxtı Dohada yerləşən maliyyə aktivlərinə çıxış daxil olmaqla başqa yolları var.
Bazar günü Venesuelanın Ali Məhkəməsi mövcud şəraitdə Rodrigesin dövlət başçısı vəzifəsini yerinə yetirməsi barədə qərar çıxarıb.
Ötən həftə ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronu Karakasda yaxalayaraq ABŞ-yə qaçırıb. ABŞ hakimiyyəti onu narkotik alverində əli olmaqda ittiham edir.
