“ABŞ və Ukrayna faydalı qazıntılar haqqında saziş imzalaya bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Ukrayna bu həftənin əvvəlində belə bir sazişi imzalamaqdan imtina etdi. Bu, prezident Trampla Zelenski arasında söz müharibəsinə və Vaşinqtonla Kiyev arasında münasibətlərin pozulmasına səbəb oldu. Ancaq bu gün əldə oluna biləcək razılaşma Zelenski ilə Tramp arasında yaranan gərginliyin həllinə kömək edəcək”, – nəşr yazıb.
Müşviq Tofiqoğlu
KONKRET.az