Amerikalı döyüşçü rusiyalı idmançının yeməyinə tüpürdü və VİDEO PAYLAŞDIbackend

Amerikalı döyüşçü rusiyalı idmançının yeməyinə tüpürdü və VİDEO PAYLAŞDI

Ağır çəki dərəcəsində UFC-də çıxış edən Amerikalı qarışıq döyüş ustası Derrick Levis rusiyalı ağır çəkili Aleksey Oleynik üçün nəzərdə tutulan yeməyə tüpürüb.

KONKRET.az xəbər verir ki, o, müvafiq videonu İnstagram səhifəsində yerləşdirib.

“Mənə UFC-dən yemək gətirdilər … İş ondadır ki, Oleynikin yeməyi də burdadır. Çox gözəl görünür, amma, bilirsən … Düşünürəm ki, yeməyin bir tərkibi çatışmır. Bir az əlavə etməliyəm. ədviyyatlar” deyə videoda Derrek bildirib.

 

Посмотреть эту публикацию в Instagram

 

@ufc

Публикация от Derrick Lewis (@thebeastufc)

Xatırladaq ki, son döyüşündə Oleynik UFC 249-da braziliyalı Fabrizio Verdumu məğlub edib. Ümumilikdə, 1996-cı ildən qarışıq döyüş oyunlarında mübarizə aparan 43 yaşlı rusiyalının 59 qələbəsi, 13 məğlubiyyəti və 1 heç-heçəsi var.

Avqustun 8-dən 9-na keçən gecə bu idmançılar arasında görüş Las Vegasda keçiriləcək və UFC Vegas 6 turnirində əsas hadisə kimi yadda qalacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*