Amerikalı general ABŞ Hərbi Hava Qüvvələrindəki böhrandan danışdıbackend

Amerikalı general ABŞ Hərbi Hava Qüvvələrindəki böhrandan danışdı

İstefada olan general Michael Law ABŞ aviasiyasının 2021-ci ildə büdcənin azaldılması səbəbindən böhran içində olacağını söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Defense News” nəşri yayıb.

Hərbçi iddia edir ki, 2021-ci il üçün büdcə təkliflərinə B-1 Lancer bombardmançılarının üçdə birinin ləğvi, həmçinin B-2 modeli üçün modernləşdirmə proqramının ləğvi daxildir.

Onun sözlərinə görə, səmərəliliyini artırmaq üçün Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin 1955-ci ildən bəri arsenalında olan B-52 təyyarəsinin mühərrikləri və digər sistemləri əhəmiyyətli dərəcədə yenilənməlidir.

General əlavə edib ki, inkişaf mərhələsində olan ən son B-21 bombardmançısı Amerika aviasiyasını ən az 10 il gücləndirə biləcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*