“Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücum əməliyyatına hazırlığını yüksək qiymətləndirirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ generalı Mark Milley deyib. Lakin o qeyd edib ki, “nəticələr barədə danışmaq hələ tezdir”.
O, həmçinin Rusiyanın könüllü qrupları tərəfindən Belqorod bölgəsinin işğalının müharibənin genişlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Amerikalı general deyib ki, ABŞ partizan hərəkatını çox yaxından izləyir.
Rəsmiyyə Şərifova,
KONKRET.az