Amerikalı Kovinqton Nurməhəmmədova “zəhmət çəkmədən” qalib gələcəyini vəd edibbackend

Amerikalı Kovinqton Nurməhəmmədova “zəhmət çəkmədən” qalib gələcəyini vəd edib

 

Amerikalı qaydasız döyüş (MMA) ustası Kolbi Kovinqton müsahibə verərək rusiyalı həmkarı Həbib Nurməhəmmədovla yarışmaq ehtimalı barədə danışıb.

“Həbibə qarşı döyüş mənim üçün yüngül şey olardı. Belə bir döyüş mümkündür – biz aralıq çəkidə görüşə və hazırda ən yaxşı döyüşçü ünvanıı uğrunda döyüşə bilərdik. Mən elə bir zəhmət çəkmədən onun öhdəsindən gələrdim. Bu, asan qələbə olardı”, – Kovinqton bəyan edib.

Avqustun 4-də o, yarımorta çəkidə keçmiş UFC çempionu Robbi Loulerlə döyüşməlidir. Kovinqton peşəkar karyerası boyunca 15 döyüş keçirib, 14-də qalib gəlib, yalnız bir dəfə məğlub olub.
Nurməhəmmədov isə MMA-ya sentyabrın 7-də qayıdacaq. Həmin gün o, Abu-Dabidə amerikalı Dastin Porye ilə döyüşəcək. Rusiyalı idmançı indiyədək 27 döyüş keçirib, 27 qələbə qazanıb.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*