Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi – VİDEObackend

Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO

Amerikalı məşhur videobloger Maks Rayzinger Azərbaycana səfəri ilə bağlı “Youtube” kanalında növbəti videosunu paylaşıb.

KONKRET.az xəbər verir ki, videoda əsasən işğaldan azad edilmiş Qarabağda gördüklərindən danışan gənc bloger xüsusilə Ağdam şəhərində üzləşdiyi dəhşətli mənzərə haqda təəssüratlarını izləyiciləri ilə bölüşüb.

Ağdamdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə doğma şəhərinə qayıdışını və yerlə-yeksan edilmiş evini tapmasını işıqlandıran Maks Rayzinger deyib: “Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarda belə nikbin məqamlar var. Çox şükür, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri qayıdacaq”.

Qeyd edək ki, Maksın 18 yaşı var və o ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı yeniyetmə və gənclərdir. Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun azarkeşləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*