Amerikalı politoloqdan XƏBƏRDARLIQ: “Müharibənin nəticəsi bu ölkələrə təsir edəcək”backend

Amerikalı politoloqdan XƏBƏRDARLIQ: "Müharibənin nəticəsi bu ölkələrə təsir edəcək"

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi təkcə regiondakı qonşu ölkələr üçün deyil, bütün dünya üçün həlledici olacaq”.

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Yalta Avropa Strategiyasının (YES) illik iclasında amerikalı politoloq Frensis Fukuyama çıxış edib.

O bildirib ki, müharibənin nəticəsi Gürcüstan, Moldova və Qazaxıstana təsir edəcək.

“Müharibənin nəticəsindən asılı olaraq, başqa ölkələrdə çox şey dəyişə bilər. Xüsusilə Gürcüstan, Moldova və Qazaxıstanda… Rusiya qalib gəlsə, bu ölkələrin hər birinə mənfi göstərəcək. Çünki Rusiyanın bu ölkələrin suveren ərazilərinə iddiaları var. Ümid edirəm ki, onlar müstəqil demokratik dövlətlər kimi inkişaf etmək imkanı əldə edəcəklər”, – deyə Frensis Fukuyama bildirib.

Politoloq onu da hesab edir ki, müharibənin nəticəsi Asiya regionuna da təsirsiz ötüşməyəcək.

“Bundan əlavə, müharibənin nəticəsi ABŞ-dakı daxili siyasi vəziyyətə də təsir edəcək, burada sağçı siyasi qüvvələrin nümayəndələri “güclü əl” idarəetmə modelinə meyl edərək, Putin kimi birini öz liderləri kimi görməyə üstünlük verəcəklər”, – deyə amerikalı politoloq fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*